REGENERASİYA OLUNMUŞ BUZLAQ

bax: Yenidən törəmiş, canlanmış buzlaq.
REGENERASİYA
REGİON
OBASTAN VİKİ
Regenerasiya
Regenerasiya — Biologiyada regenerasiya genomları, hüceyrələri, orqanizmləri və ekosistemləri təbii dalğalanmalara və ya pozulmalara və ya zədələrə səbəb olan hadisələrə davamlı edən toxumaların yenilənməsi, bərpası və böyüməsi prosesidir . Bakteriyalardan tutmuş insanlara qədər hər növ regenerasiya mövcuddur. Regenerasiya tam , yeni toxuma itirilmiş toxuma ilə üst-üstə düşdükdə və ya nekrotik toxumadan sonra fibroz yarandıqda natamam ola bilər. Ən elementar səviyyədə regenerasiya gen tənzimlənməsinin molekulyar prosesləri vasitəsilə həyata keçirilir və hüceyrə proliferasiyası, morfogenez və hüceyrə diferensasiyası proseslərini əhatə edir . Bununla belə, biologiyada regenerasiya, əsasən, çoxhüceyrəli orqanizmlərə öz fizioloji və morfoloji vəziyyətlərinin bütövlüyünü bərpa etməyə və saxlamağa imkan verən əlamətlərin fenotipik plastikliyini xarakterizə edən morfogen proseslərə aiddir. Genetik səviyyədən yuxarı regenerasiya əsasən aseksual hüceyrə prosesləri ilə tənzimlənir. Regenerasiya çoxalmadan fərqlidir. Məsələn, hidra bərpa olunur, lakin qönçələnmə ilə çoxalır. Hidra və planar yastı qurd, yüksək adaptasiya qabiliyyətinə malik regenerativ qabiliyyətlərinə görə uzun müddət model orqanizmlər kimi xidmət etmişdir. Zədələndikdən sonra onların hüceyrələri aktivləşir və orqanları əvvəlki vəziyyətinə qaytarır.
Buzlaq
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. == Kriosfer == Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.
Buzlaq dili
Buzlaq dili – dərə buzlağının qar sərhədindən aşağıda yerləşən hissəsidir. Buzlaq dili dərə üzrə aşağı enir və burada buz kütləsi ərimə və buxarlanma yolu ilə kiçilir..
Buzlaq epoxaları
Buzlaq epoxaları (qlyasiallar) — Yerin geoloji inkişaf tarixində çox soyuq iqlim və geniş sahəli qalın materik buzlaqları ilə xarakterizə olunan epoxalar. == Təsviri == Bu epoxalarda buz yalnız dağları deyil, qütb və mülayim enliklərdəki düzənlikləri də örtmüşdü (qurunun təqr.40%-ini). Buzlaq epoxalarının davamiyyət müddəti müxtəlifdir. Yerin müxtəlif sahələrində Erkən Proterozoy, Son Proterozoy (Üst Rifey – Vend), Son Paleozoy (Karbonun sonu – Permin əvvəli) və Son Kaynozoyda müəyyən edilmişdir. Sonuncu epoxa daha çox öyrənilmişdir. Neogenin sonunu və Dördüncü dövrü əhatə edən buzlaq dövründə (2,5–3 mln. il) ən azı 4 buzlaşmanın olması və hər buzlaşmanın 2 və daha çox mərhələyə bölünməsi müəyyən edilmişdir. == Buzlaq nəzəriyyəsi == Buzlaq nəzəriyyəsin baniləri Avropa düzənliklərində buzlaşmanın bir dəfə baş verməsi fikrində idilər. 19-cu əsrin sonlarında aparılan tədqiqatlar nəticəsində bu ərazilərdə iki, yaxud üç buzlaşmanın baş verməsi qənaətinə gəlindi. 20-ci əsrin əvvəllərində A. Penk, E. Brikner və başqaları Alp dağları üçün 5 müstəqil buzlaq epoxasını (Dunay, Güns, Mindel, Riss, Vürm) ayırmışlar; Alp buzlaşmaları sxemi sonralar daha da təkmilləşdirilmişdir.
Buzlaq eroziyası
Buzlaq gölü
Buzlaq gölü – buzlaqların eşdikləri çökəkliklərdə və ya buzlaq çöküntüləri (morenlər) arasında əmələ gəlmiş göl. Kola yarımadasında, Kareliyada və Finlandiyada çoxlu buzlaq gölü var..
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çox da böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Buzlaq relyefi
Buzlaq relyefi- qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri,drumlinlər və s.) Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Buzlaq zonası
Buzlaq çöküntüləri
Buzlaq örtüyü
Buzlaq örtüyü və ya materik buzlağı qalınlığı bir neçə km (müasir Antarktida buzlağında 4 km-dən çoxdur) və milyonlarla km2 sahəni əhatə edən, buzlaq qalxanı şəkilində yerüstü buzlaq tipi.
Buzlaq qazsoğanı
Buzlaq qazsoğanı (lat. Gagea glacialis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır.
Alp Tipli Buzlaq
Alp Tipli Buzlaq — sadə dərə buzlağı, müasir mərhələdə geniş yayılmış iri dağ-dərə buzlaq tipi olub, dağ sirkindən dərə boyu aşağı enir. Buzlağın birinci (qidalanma) hissəsi iqlim qar xəttindən yuxarıda, ikinci (ərimə) hissəsi isə aşağıda yerlışir.
Buzlaq qaz soğanı
Kanzas buzlaq epoxası
Kanzas buzlaq epoxası (rus. Канзасская ледниковая эпоха., ing. Kansan İce Age) (ABŞ-də Kanzas, Kansac ştatı adından götürülüb) — Erkən Pleystosen buzlaq mərhələsidir. Şimali Amerika düzənliklərində ayrılmışdır. Təxminən alp stratiq-rafik sxeminin Mindel buzlaşması ilə müqayisə edilir.
Perito Moreno (buzlaq)
Perito Moreno Buzlağı (isp. Glaciar Perito Moreno) — cənub-qərbi Argentinada dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Pataqoniyanın Kampo de Hielo Sur buzlaqının bir uzantısıdır. Pataqoniya tədqiqatçısı Fransisko Paskasio Morenonun adını daşıyır. Ən yaxın, ən böyük yaşayış məntəqəsi 80 km məsafədəki El Kalafatedir və bu milli park buzlağa turlar üçün ideal başlanğıc nöqtəsidir. Buzlaq Los-Qlasyares Milli Parkının və bütün Argentinanın əsas görməli yerlərindən biridir. Perito Moreno Buzlağı Antarktida və Qrenlandiya istisna olmaqla, az tanınan buzlaqlardan biridir. Eyni zamanda buzlaq getdikcə böyüməkdədir. Bunun səbəbi Sakit okeandan gələn buludların And dağlarına çox güclü yağışlar buraxmasıdır. 60 km buz kütləsi gündə təxminən 1 m irəliləyir. Bu kütləvi kütlədə davamlı çatlama və qırılma səs-küyləri ilə xarakterizə olunur.
Sartan buzlaq epoxası
Sartan buzlaq epoxası (rus. Сартанская ледниковая эпоха, ing. Sartan Ice Age) — son Pleystosenin axırlarında Sibir dağlarında sonuncu dağ buzlaşması, Taymırda və Putorana platosunda isə örtük buzlaşmasının inkişaf epoxası. Bəzən vahid Son Pleystosen /Zıryan/ buzlaşmasının axırıncı mərhələsi kimi başa düşülür.
Valday buzlaq epoxası
Valday buzlaq epoxası (rus. Валдайская ледниковая эпоха, ing. Valdai Ice Age) — Ş. Avropa düzənliyində Üst Dördüncü dövr buzlaşması epoxası (70-dən −11 min ilə qədər əvvəl). Bu zaman buzlaq müasir Valday yüksəkliklərinə qədər çatmışdır. Vaxt etibarilə Q. Avropanın Vyurm və Vislin buzlaşmalarına uyğun gəlir.
Akkreditə olunmuş investor
Distillə olunmuş su
Distillə edilmiş su — mineral duzlardan, üzvi maddələrdən və orada həll olunan digər çirklərdən distillə yolu ilə təmizlənmiş su. Beləliklə, distillə edilmiş su təmizlənmiş su növüdür. İçməli su dəniz suyundan ən azı təxminən eramızdan 200 il əvvəl distillə edilmişdir, bu proses Afrodisiyalı Aleksandr tərəfindən aydın şəkildə təsvir edilmişdir. Aristotelin Meteorologica əsərində bir keçid kimi suyun distillə edilməsinə aid hissələr vardır. "Dostluq" gəmisi kapitanı İsrael Uilyams (1797) suyu distillə etmək üçün bir üsul yaratdığı haqqında jurnalında məlumat yayımlatdırmışdır. Distillə edilmiş suyun elektrik keçiriciliyi aşağıdır (GOST R 58144 0,43 mS/m-dən çox tələb etmir). Atmosfer qazları: oksigen, azot, arqon, karbon qazı və az miqdarda başqaları distillə edilmiş suda həll olunur. Həll edilmiş karbon qazına görə distillə edilmiş su bir az turşu mühitə malikdir və pH 5,0-7,0 təşkil edir. Tamamilə neytral su əldə etmək üçün karbon qazı tamamilə çıxarılana qədər qaynadılır (30 dəqiqə) və hava keçirməyən qabda saxlanılır. Çox təmiz olduğundan, xarici mexaniki çirklərin olmadığı halda, qaynama nöqtəsindən yuxarı qızdırıla bilər və ya faza keçidi olmadan donma nöqtəsindən aşağı soyudula bilər.
Restrukturizasiya olunmuş kredit
Restrukturizasiya olunmuş kredit (ing. Rescheduled loan) - Ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin aşağı salınması və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərə məruz qalan kreditlər.
Qadağan olunmuş eşq
Qadağan olunmuş kitabların siyahısı
Qadağan edilmiş kitablar — qanunla qadağan edilmiş kitablar və ya esse və ya pyeslər kimi nəşr olunmuş bədii əsərlərdir. Kitabların qadağan edilməsi praktikası siyasi, hüquqi, dini, mənəvi və ya (daha az) kommersiya məqsədlərindən senzuranın bir formasıdır.
Təcrid olunmuş piyada (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost Batareya (şahmat) Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
İnteqrasiya olunmuş gəlişdirmə mühiti
İnteqrasiya olunmuş inkişaf mühiti (ing. integrated development environment; IDE) — proqram təminatının inkişafı üçün hərtərəfli imkanlar təmin edən proqram təminatı. IDE adətən mənbə kodu redaktorundan, avtomatlaşdırma alətlərindən və sazlayıcıdan ibarətdir. IntelliJ IDEA, Eclipse və Lazarus kimi bəzi IDE-lər lazımi kompilyator, interpretator və ya hər ikisini ehtiva edir. Amma digərlərində (SharpDevelop, NetBeans) bunlar mövcud deyil. IDE və daha geniş proqram təminatının inkişaf etdirilməsi mühitinin digər hissələri arasında sərhəd dəqiq müəyyən edilməmişdir; bəzən bir versiyaya nəzarət sistemi və ya qrafik istifadəçi interfeysinin (GUI) qurulmasını asanlaşdırmaq üçün müxtəlif vasitələr inteqrasiya olunur. Bir çox müasir IDE-lərdə obyekt yönümlü proqram təminatının hazırlanmasında istifadə üçün sinif brauzeri, obyekt brauzeri və sinif iyerarxiya diaqramı da mövcuddur. IDE-lər əvvəlcə konsol və ya terminal vasitəsilə inkişaf etdirilərkən mümkün olurdu. İlkin sistemlər birini dəstəkləyə bilməzdi, çünki proqramlar kompilyatora təqdim edilməzdən əvvəl perfokartlara daxil edilməklə, axım xəritələrindən istifadə etməklə hazırlanırdı. Dartmouth BASIC IDE ilə yaradılan ilk dil idi.